Ukrayna Silahlı Qüvvələri yayda işğal olunmuş əraziləri azad etmək üçün əks-hücum əməliyyatına başlaya bilər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu baş nazir Denis Şmıxal “The Hill”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri və tərəfdaşları ona bu hücumda hələ ki, heç bir təzyiq göstərmirlər. Onun dediyinə görə, indi ən güclü təzyiq ölkə daxilindən hiss olunur.
“Bütün dostlarımız və tərəfdaşlarımız yaxşı bilirlər ki, əks-hücuma keçmək üçün buna 100 faiz, hətta daha çox da hazır olmaq lazımdır”, - hökumət başçısı vurğulayıb.
Pentaqonun məxfi sənədlərinin sızmasının əks-hücum hazırlığına necə təsir edə bilər sualını cavablandıran Şmıqal... “Ukrayna öz ərazilərini azad edəcək”-cavabını verib.
Onun sözlərinə görə, biz bunu edə biləcəyimizi dəfələrlə sübut etmişik.
Buna görədə “biz beynəlxalq tərəfdaşlarımızdan tanklar, döyüş sursatları, təyyarələr, zirehli texnikalar kimi əlavə hərbi imkanlar istəyirik”, - deyə Şmıqal bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB