Polşada sərhəddə Nadbujanı sərhəd dəstəsinin əməkdaşları evakuatorda oğurlanmış “Ferrari” avtomobilini aparan belaruslunu saxlayıblar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə aprelin 11-də Polşanın Sərhəd Xidməti məlumat yayıb.
Qeyd edək ki, hadisə aprelin 8-də Polşa ilə Belarus sərhədində baş verib. Kukurıki avtomobil sərhəd keçid məntəqəsində Polşa sərhədçiləri 28 yaşlı Belarus vətəndaşının idarə etdiyi “Ferrari” markalı avtomobili aparan yük maşınını yoxlamaq üçün saxlayıblar.
Axtarış zamanı oğurlanan avtomobillər arasında təxmini dəyəri 1,2 milyon zlota olan 2019-cu il tarixli “Ferrari Portofino” avtomobilinin də olduğu məlum olub.
Yük maşını sürücüsü evakuatorda təxmini dəyəri 1,2 milyon zlota olan “Ferrari Portofino” avtomobilini aparırıdı. Yoxlama tədbirləri zamanı sərhədçilər avtomobilin oğurluq kimi axtarışda olduğunu müəyyən ediblər.
Nəticədə yük maşınının sürücüsü saxlanılıb və barəsində cinayət işi açılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB