Kanada 14 rusiyalı və Rusiyadan olan 34 şirkətə qarşı sanksiya tətbiq edib
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib. SİA-nın əldə etdiyi məlumata görə, “İnterfaks”ın Kanada hökuməti saytına istinadən xəbər verir ki, sanksiya siyahısına daha 14 fiziki və 34 hüquqi şəxs daxil edilib.
O cümlədən, Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov, onun həyat yoldaşı Gülsina Minnixanova və dövlət katibi - Rusiya Federasiyasının müdafiə nazirinin müavini Nikolay Pankov sanksiyalara məruz qalıb.
Sanksiyalar Volqa-Dnepr şirkətlər qrupu, Concord Management and Consulting MMC-yə də təsir edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB