Kazan şəhər Sovet Rayon Məhkəməsi 11-ci sinif şagirdini hərbi komissarlığı yandırmağa cəhddə təqsirli bilib və onu iki il şərti cəzaya məhkum edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 73-cü maddəsini rəhbər tutaraq, azadlıqdan məhrum etmə şəklində təyin edilmiş cəza iki il sınaq müddəti ilə şərti hesab edilib.
Qeyd edək ki, daha əvvəl 11-ci sinif şagirdinin Kazan şəhərinin Jurnalist küçəsində Sovet rayon hərbi komissarlığının binasını yandırmağa cəhd etdiyi bildirilmişdi.
Rusiya Federasiyası Kütləvi informasiya vasitələrinin məlumatına görə, qızın yanında üç ədəd “Molotov kokteyli” olub, o, ikisini binaya tərəf atıb, lakin hərbi komissarlığın divarından bir neçə metr aralıda ot örtüyünə dəyərək yanıb. Üçüncü “kokteyl” isə məktəbli saxlanılarkən onun üzərində tapılıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB