ABŞ hakimiyyəti Meksikaya qoşun göndərməyi təklif edir

Narkotik kartelləri ilə mübarizə aparmaq üçün
ABŞ hakimiyyəti Meksikaya qoşun göndərməyi təklif edir

Bu arada ABŞ Konqresinin iki üzvü, respublikaçılar Den Krenşou və Mayk Uols prezident Cozef Bayden administrasiyasını Meksikada xüsusi hərbi əməliyyat keçirməyə və narkotik kartelləri ilə mübarizə aparmaq üçün oraya qoşun göndərməyə çağırıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, konqresmenlər Meksikada narkotik kartelləri ilə mübarizə üçün hərbi gücdən istifadəyə icazə verən qanun layihəsini ABŞ Senatına təqdim ediblər.

Den Krenşou və Mayk Uols belə kəskin tədbirlərin səbəbi kimi 2021-ci ildə təxminən 71.000 amerikalının sintetik opioidlərin, yəni fentanilin həddindən artıq dozası nəticəsində öldüyünü göstərdilər.

Və cəmi bir ildə ölənlərin sayı bütün Vyetnam müharibəsində ölən 58,220 amerikalı hərbçidən çoxdur.

ABŞ Narkotiklərlə Mübarizə Agentliyinə görə, əksəriyyət fentanil əsasən Çindən gələn kimyəvi maddələrlə Meksikadakı gizli fabriklərdə kütləvi şəkildə istehsal olunur və sonra ABŞ-a göndərilir.

Qeyd edək ki, Respublikaçı senator Tom Kotton da ölkəyə daxil olan narkotiklərin miqdarını azaltmaq üçün ABŞ qoşunlarının Meksikaya göndərilməsi ideyasını dəstəkləyib.

Qeyd olunur ki, amerikalı parlamentarilər Meksikadakı narkotik kartellərinin “mafiyadan çox terror təşkilatları kimi” qəbul edilməsinə çağırırlar. Belə olan halda ordunun terrorla mübarizə üçün istifadəsinə tam haqq qazandırılır.

Bununla belə, ABŞ prezidenti Cozef Bayden demokrat tərəfdarları ilə birlikdə Meksikaya təcavüzə başlamamaq üçün kartelləri terrorçu kimi tanımaq istəmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə