Axedjakova dövlət mükafatlarından və titullarından məhrum edilsin?

Axedjakova dövlət mükafatlarından və titullarından məhrum edilsin?

Bu arada Rusiya Federasiyası Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin aktrisa Lea İdris qızı Axedjakovaya qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işinin başlanması xahişi ilə Rusiya Baş Prokurorluğuna müraciət edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müraciətin mətni “Bloody Lady” teleqram kanalı tərəfindən yayılıb.

Borodin iddia edir ki, Axedjakova Ukrayna Silahlı Qüvvələrinə sponsorluq edir, aktrisanın adından İnstaqramda paylaşdığı yazıya istinadən - aktrisanın özü Ukrayna Silahlı Qüvvələrinə ianə verməsini inkar edib və bu postu saxta adlandırıb. Aktrisanın xidmət etdiyi “Sovremennik” Teatrından da bu Instagram hesabının Axedjakovaya aid olmadığını bildiriblər.

Qeyd edək ki, donosun müəllifi Liya Axedjakovaya qarşı vətənə xəyanət, Rusiya ordusunu “diskreditasiya” və nifrət, eləcə də düşmənçiliyin qızışdırılması maddələri ilə cinayət işinin açılmasını xahiş edib.

Bundan əlavə, o, aktrisanın “xarici agent” kimi tanınmasını, dövlət mükafatlarından və titullarından məhrum edilməsini xahiş edir.

Təbii ki, bunlar öz yerində, amma...

...Liya Axedjakova dəfələrlə açıq şəkildə Vladimir Putini tənqid edərək Ukraynanı dəstəkləyib.

Təsadüfi deyil ki, fevralın 8-də “Sovremennik” rəhbərliyi onun iştirakı ilə sonuncu əsəri – “Cin oyunu” tamaşasını repertuardan çıxarıb.

Teatrın direktoru onunla söhbətində ona ünvanlanan məktubların qəzəbli dolu olduğunu bildirib.

Xatırladaq ki, martın sonunda Axedjakova öz istəyi ilə teatrdan istefa verdiyini açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə