Kiyev son anda əks hücuma keçməyə qərar verəcək. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu aprelin 11-də Almaniyanın ARD telekanalına müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində fəaliyyət planının birdən çox variantı var.
...Əgər kimsə düşünürsə ki, bizim yalnız bir seçimimiz var, deməli, bu belə deyil-deyən Danilov hətta üç variantın belə kifayət olmadığını bildirib.
Xatırladaq ki, Oleksiy Danilov ukraynalıları əks-hücumun sehrli tarixlərini gözləməməyə çağırıb.
Yeri gəlmişkən bundan əvvəl Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Ukrayna qoşunlarının artıq əks hücuma keçmək üçün hazır olduğunu təsdiqləmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB