Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə iddia göndərilib. SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri eks-prezidentin anası Giuli Alasaniya və Saakaşvilinin azadlığa buraxılması üzrə qərargah rəisi Giorgi Çaladze yayıblar.
...Prezident Saakaşvilinin azadlığa buraxılması çox çətin tədbirlər tələb edir və bütün bu tədbirlər ən yüksək səviyyədə həyata keçirilir. Strasburqun qərarı ilə yanaşı, onun azadlığa buraxılmasına nail olunana qədər bu hərəkətlər davam edəcək. Bunun ən çətin hissəsi isə vaxtdır. Bizim çağırışımız vaxtdır. biz prezident sağ olanda buna nail olmalıyıq.
Qeyd edək ki, bunu bildirən Giorgi Çaladze əlavə edib ki, Saakaşvilinin tərəfdarları pozulmuş hüquqların bərpasını və onun həyatını qorumaq üçün tədbirlərin görülməsini tələb edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB