Rusiya ilə müharibə başlayandan bu yana Ukraynadan Polşaya intensiv miqrasiyanın olduğu xatırladılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təkcə dünən Ukraynadan Polşaya 20 min nəfərin daxil olub. Ümumilikdə isə müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 11 milyonu keçib.
Polşanı tərk edən ukraynalıların ümumi sayı isə 9 milyon 259 min nəfərdir.
Polşanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəliyinin paylaşdığı məlumata görə, Ukraynadan Polşaya keçənlərin 87 faizi qadın və uşaqlardır.
Müəllif: Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB