Avropa Kosmik Agentliyi ən böyük planet olan Yupiterdə həyat axtarışına başlayır. ESA-nın kosmik gəmisi Yupiterin üç peykində həyatın olub-olmadığını aşkar etmək üçün aprelin 13-də kosmosa çıxacaq.
SİA xarici mətbuata istinadən xəbər verir ki, 1,4 milyard funt sterlinqlik kosmik gəminin ilk dəfə 400 il əvvəl italyan astronom Qalileo Qaliley tərəfindən müşahidə edilən Yupiterin Qanymede, Europa və Callisto peyklərinin donmuş okeanlarını tədqiq edəcəyi bildirilib.
Kosmik gəminin Yupiterə səyahətinin 8 il çəkəcəyi, çatma tarixinin isə 2031-ci il olacağı açıqlanıb. JUICE araşdırması ilə suyun peyklərdə tapılacağına ümid edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB