KİV-in inkişafı haqqında fərman yeni redaksiyada verilib

KİV-in inkişafı haqqında fərman yeni redaksiyada verilib

"Kütləvi informasiya vasitələrinin inkişafı haqqında” 2022-ci il 31 mart tarixli 131 nömrəli Fərman yeni redaksiyada verilib.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, bu barədə aprelin 10-da dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Aleksandr Lukaşenko “Kütləvi informasiya vasitələrinin inkişafı haqqında” 31 mart 2022-ci il tarixli, 131 nömrəli Fərmanı yenidən ifadə edən 98 saylı fərman imzalayıb.

Qeyd olunur ki, sənəd Belarus mediasının inkişafına yanaşmaları yeniləyib. Bundan əlavə, fərman "Belarus məzmununun yaradılması və təşviqi, reklamın yerləşdirilməsi (yayılması) üçün vəsaitdən istifadə istiqamətlərini" genişləndirib.

Digər təfərrüatlar açıqlanmır.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə