Tuapsedə İsa Məsihin “paltarında gəzən” birini tutublar

Tuapsedə İsa Məsihin “paltarında gəzən” birini tutublar

Krasnodar diyarının Tuapse şəhərində polis küçədə İsa Məsihin paltarı geyinmiş(?), əynində qırmızı ləkələr olan uzun ağ köynək, başnda tikanlı məftillərdən çələng və kürəyində böyük taxtadan hazırlanmış xaçı aparan birini saxlayıb.

Bu adamla olan videonu "ChP Krasnodar" və Kub Mash teleqram kanalları yayıb, onlar da saxlanma barədə məlumat veriblər. Baş verənlərin mahiyyəti nədir, bu şəxsin kim olduğu və hansı cinayəti törətdiyi məlum deyil.

Videolardan birində başının üstündə iri maket təyyarə daşıyan adamın qarşısında xaçlı adamın bir neçə metr irəlilədiyi görünür.Telegram kanallarının məlumatına görə, “təyyarədaşıyan” şəxs saxlanılmayıb.

Xatırladaq ki, bir gün əvvəl Sankt-Peterburqda çevik polislər Müqəddəs Yekaterina Katolik Bazilikasında Pasxa bayramı üçün tonqal yandırmaq kimi dini ritualun qarşısını almışdılar.

Qeyd edək ki, polis dini aksiyanı razılaşdırılmamış aksiya hesab edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə