“Ana, mən Ukraynadayam!”-

Qeyd edildiyi kimi, bu gün, bazar ertəsi Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi keçirilib. 106 döyüşçü Rusiyaya, 100-ü Ukraynaya qayıdıb.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, mübadilə çərçivəsində Rusiya Federasiyasından əsirlikdən qayıtdıqdan sonra anası ilə söhbətləşən Ukrayna Silahlı Qüvvələrinin əsgərinin videosu yayılıb.

Qeyd edək ki, videonu Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets “Telegram”da dərc edib. Təsirli videoda ilk olaraq anası ilə telefon əlaqəsi quran oğlan göz yaşlarını güclə saxlayaraq “Ana, mən Ukraynadayam!”-deyə bildirib.

Cavabında isə qadının sevincli fəryadı, hıçqırıqları eşidilir, indi bilir ki, övladı nəhayət düşmən əsirliyindən xilas olub. Ana, telefonun o biri başından “mən bunu bilirdim, inanırdım”-deyə qışqırır.

Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüsü ailəni xoşbəxt etməli olan yenilənmə ilə maraqlanır və onların "qızı" olduğunu öyrənirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə