ABŞ-da Kentukki ştatının Luisvil şəhərinin mərkəzində 4 nəfər atışmanın qurbanı olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumatda səkkiz nəfərin də yaralandığı bildirilir.
Hücum edən şəxs öldürülüb.
Deyilənlərə görə, atışma Köhnə Milli Bankın filialında baş verib. İlkin məlumata görə, atəş açan şəxs bu bankda işləyib, lakin hüquq-mühafizə orqanları onun bankın indiki və ya keçmiş işçisi olmasını hələ ki, müəyyən etməyiblər.
Qeyd edək ki, hadisə yerli vaxtla 08:30 (Moskva vaxtı ilə 15:30) radələrində baş verib, hüquq-mühafizə orqan əməkdaşları zəngi alandan 3 dəqiqə sonra hadisə yerinə gəliblər. Xəsarət alanlar arasında iki polis əməkdaşı da var, onlardan birinin vəziyyəti ağırdır. Kentukki qubernatoru Endi Beşir keçirdiyi mətbuat konfransında ölənlər arasında onun iki yaxın dostunun olduğunu bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB