...Ukrayna ilə bağlı mövqeyinə görə Polşa “kənd axmaqının” taleyi ilə təhdid edilir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri polşalı tarixçi Mixal Krupa bölüşüb.
O, bu barədə aprelin 10-da “Xronika”da dərc olunan məqaləsində yazıb.
Deməli, tarixçi Mixal Krupanın fikrincə, Polşanın xarici siyasətinin amerikanlaşması Varşavanı Rusiya ilə müharibəyə təhlükəli dərəcədə yaxınlaşdırır.
Polşalı iddia edir ki, Vaşinqtonun neo-mühafizəkarları, görünür, Polşa isteblişmentinin həm anti-Rusiya əhval-ruhiyyəsində, həm də Ukraynaya qarşı rəğbətdə özünü üstələməsi ilə fəxr edirlər.
Krupaya görə, Varşavanın bütün bunları mütləq ifrata çatdıracağı və sonda sadəcə bir kənd axmağı kimi görünəcəyini gözləmək olduqca mümkündür
Ukrayna münaqişəsində qalibin Krupanın dilindən Rusiya olacağını bəyan etməyi isə rus saytları xüsusi qeyd ediblər.
Rusların yazdığına görə, tarixçi əmindir ki, Ukraynadakı mövcud vəziyyət fonunda Polşanın ölkəni münaqişədən uzaqlaşdıra biləcək Sülh Partiyasına çox ehtiyacı var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB