"Makronun yürütdüyü siyasət Fransanı məhvə aparır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Makronun yürütdüyü siyasət Fransanı məhvə aparır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Fransada baş verən hadisələr gözlənilən idi. Çünki Makron hakimiyyətə gəldiyindən bəri Fransadan daha çox Ermənistanın maraqlarını güdür. Təbii ki, Fransanın özündə də çox ciddi problemlər hökm sürür. Xüsusilə də pensiya islahatı ilə bağlı qərarı Makronun heç kimlə razılaşmadan imzalaması prosesləri daha da qızışdırdı. Özünü demokratiyanın beşiyi sayan bir ölkənin bu cür qanunsuz hərəkəti təbii ki, əhalinin xoşuna gəlməyəcəkdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, Fransa Həmkərlar İttifaqı dövlətin təklifləri ilə heç cürə razılaşmır: "Düşünürəm ki, ilkin olaraq hökumət istefaya gedəcək. Sonra isə növbə Makrona çatacaq. Fransanın tarixində vaxtından öncə prezident seçkiləri keçirilməsi ehtimalı çox yüksəkdir.

Fransa kifayət qədər sosial problemlərlə üz-üzədir. Afrika ölkələri yavaş-yavaş Fransanın nəinki nəzarətindən çıxır, hətta Fransanı saymır. Makronun altı ilə yaxındır apardığı siyasət Fransanı tamamilə məhvə aparır və ölkə daxilində davam edən iğtişaşlar hakimiyyəti devirəcək".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə