Polis 2,5 metrlik nəhəng qorilla heykəlini axtarır

Polis 2,5 metrlik nəhəng qorilla heykəlini axtarır

Şotlandiyanın Glasgow şəhərində polis botanika bağından oğurlanmış qorilla heykəlini axtarır. 10 ildir bağın girişində dayanan təxminən 2,5 metr hündürlüyündəki qorilla heykəli ötən ay naməlum şəxslər tərəfindən oğurlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Botanika bağının sahibi verdiyi açıqlamada qorilla heykəlinin oğurlanmasının əyləncəli tərəfini anladığını, lakin heykəlin maddi dəyərini vurğulayaraq hadisəni ciddi qəbul etdiyini bildirib. Heykəl oğurlandıqdan sonra ilk dəfə cümə axşamı günü yük maşınının arxasında görünüb.

Bütün xəbərlər Facebook səhifəmizdə