Məsciddə silahlı insident baş verib

Məsciddə silahlı insident baş verib

Türkiyənin Çorum vilayətində Yalçın Göbel adlı bir şəxs təravih namazından sonra məsciddən çıxan sakinlərə atəş açıb.

SİA xarici mətbuata istinadən xəbər verir ki, hadisə Yukarı Örenseki kəndində baş verib.

30 yaşlı Göbelin ov tüfəngi ilə atəş açması nəticəsində 6 nəfər yaralanıb. O, atəş açdıqdan sonra hadisə yerindən qaçıb. Hazırda Göbelin axtarışları davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə