Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə AFAD-ın rəsmi “Twitter” səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 12.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB