Okean səthində rekord istilik

İqlimin pisləşməsi ilə okean səthinin temperaturunun rekord həddə çatdığı bildirilir.

SİA xarici mətbuata istinadən xəbər verir ki, dünya okean səthinin temperaturu ilə bağlı peyk qeydləri ilə bütün zamanların ən yüksək səviyyəsi görülüb. Bunun da dənizlərdə isti dalğalarına səbəb olduğu bildirilib. Alimlər bu ay okean səthində orta temperaturun 21,1 dərəcə olduğunu və bununla da 2016-cı ildəki rekord səviyyə olan 21 dərəcəni keçdiyini bildiriblər.

Okeanların istiləşməsi daha çox tufanlara, buz təbəqələrinin əriməsinə və qlobal dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Bundan əlavə, alimlər okeandakı istilik dalğalarının dəniz canlılarına dağıdıcı təsir göstərməsi riskini qeyd edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə