Miqrantları daşıyan 2 qayıq batıb, 4 nəfər ölüb

Miqrantları daşıyan 2 qayıq batıb, 4 nəfər ölüb

Tunisin cənub sahillərində qeyri-qanuni miqrantları daşıyan 2 qayığın batması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.
SİA “TRT Haber”ə istinadla xəbər verir ki, Sfax şəhərindən 35 mil uzaqlıqda batan birinci qayıqda olan 17 nəfər xilas edilib, 20-yə yaxın immiqrant isə itkin düşüb. Mühacirlərin axtarış-xilasetmə işləri davam edir.

Aralıq dənizində batan ikinci qayıqda 43 qeyri-qanuni miqrantın olduğu bildirilir. Onlardan 36-sının xilas edildiyi, 4-nünü cəsədinin tapıldığı, 3 nəfərin isə dənizdə batdığı bildirilir.

Hər il minlərlə afrikalı qeyri-qanuni miqrant daha yaxşı həyat ümidi ilə Aralıq dənizi vasitəsilə Avropaya səyahət etmək üçün Tunisə gəlir. Tunisdə mühacir məhəllələrində yaşayan mühacirlərin bir qismi Avropaya çatmağı bacarsa da, bəziləri dənizdə ölür.

Bütün xəbərlər Facebook səhifəmizdə