Meksika fəlakətlə oyandı. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Mazatlan şəhərində kiçik təyyarə dənizə düşüb. Qəzada təyyarənin pilotu və 2 yaşlı oğlu həlak olarkən, təyyarədə olan 4 nəfər yaralanıb.
Qəzadan sonra limanda olanlar qayıqlarla təyyarənin düşdüyü bölgəyə gedib, bölgəyə çoxlu axtarış-xilasetmə qrupu göndərilib.
Meksika donanması qrupları 2 yaşlı uşağın cansız bədəninə çatdıqlarını, pilotun cansız bədəninin isə tapılmadığı və təyyarənin dağıntılarla birlikdə batmış ola biləcəyini bildirib.
Hadisə şahidləri bildiriblər ki, pilot təyyarənin mühərrikində yaranan nasazlıq nəticəsində təcili eniş etməyə cəhd edib, lakin idarəetməni itirərək dənizə düşüb. Təyyarənin qalıqlarının dənizdən çıxarılması istiqamətində işlər davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB