İspaniyanın şimalındakı Asturiya bölgəsində 3 həftədir davam edən meşə yanğınları nəticəsində 20 min hektar ərazi yanıb. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, yanğının söndürülməsinə ölkənin mülki müdafiə, yanğınsöndürmə və meşə təsərrüfatı işçiləri, eləcə də hərbi hissələr cəlb olunublar.
Asturias özünüidarə hökumətinin başçısı Adrian Barbon martın 23-dən başlayan meşə yanğınlarının 20 min hektar ərazini əhatə etdiyini söyləyib. Keçmişdə görünməmiş bir vəziyyət yaşadıqlarını bildirən Barbon bundan sonra meşə sahəsi ilə yaşayış məntəqələri arasındakı məsafəni 75 metrdən 150 metrə qaldıracaqlarını açıqlayıb.
Qeyd edək ki, 2022-ci ildə İspaniya meşə yanğınlarına görə ölkə tarixinin ən pis illərindən birini yaşadı və ümumilikdə 310 min hektardan çox ərazi yandı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB