III Çarlz Pasxa mərasiminə belə qatıldı

III Çarlz Pasxa mərasiminə belə qatıldı

Böyük Britaniya Kralı III Çarlz Pasxa mərasimində ilk dəfə olaraq monarx kimi iştirak edib. İbadət London yaxınlığındakı Berkşirdə, Vindzor qəsri ərazisində yerləşən Müqəddəs Georgi kilsəsində keçirilib. SİA Britaniya KİV-ə istinadla xəbər verir ki, Kral III Çarlzı onun həyat yoldaşı Kamilla, böyük oğlu - taxtın varisi Uels şahzadəsi Uilyam və ailəsi, həmçinin onun bacısı Şahzadə Anna və hər iki qardaş - şahzadələr Endrü və Edvard ailələri ilə birlikdə müşayiət ediblər.

Bu il aprelin 9-da katoliklər və protestantlar tərəfindən qeyd olunan Pasxa bayramı III Çarlzın tacqoyma mərasiminə bir aydan az qalmış vaxtda baş tutub. Tacqoyma mərasimi mayın 6-na planlaşdırılıb və Londondakı Vestminster abbatlığında 2000 nəfərin iştirakı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə