Qar uçqunu 4 nəfərin həyatına son qoyub

Qar uçqunu 4 nəfərin həyatına son qoyub

Alp dağlarında qar uçqunu nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar günü Fransanın daxili işlər və xarici ərazilər naziri Cerald Darmanin bildirib.

"Uçqun günün ortalarında Alp dağlarında Armansette buzlaqında baş verib. İlkin məlumatlara görə, 4 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Xilasedicilər işlərini davam etdirirlər”, - o, "Twitter”də yazıb. Məlumata görə, axtarış-xilasetmə əməliyyatına iki helikopter, həmçinin çoxlu sayda xilasedici və texnika cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə