Əlcəzairin Prezidenti Əbdülməcid Tebbun ilə iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı olub.
SİA APA-ya istinadən xəbər verir ki, bu barədə "Ennahar Online" informasiya portalı məlumat yayıb.
Prezidentlər Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.
Tebbun və Rəisi İordan çayının qərb sahili və Qüdsdəki vəziyyətə toxunublar.
Həmçinin ikitərəfli münasibətlərin vəziyyəti, siyasi və iqtisadi sahədə möhkəmləndirilməsi yolları müzakirə olunub.
Tebbun və Rəisi gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunması barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB