Axşam saatlarında rus qoşunları idarə olunan bombalarla Xerson bölgəsinə hücum ediblər.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə Xerson vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin öz Telegram kanalında yazıb.
Administrasiya rəhbərinin yazdığına görə, bölgədə dinc sakinlər arasında itkilər olmasa da, amma dağıntıların həcmi ilə bağlı məlumatlar dəqiqləşdirilir.
“Ruslar Xerson vilayətinə aviasiyadan hücum edir. Onlar sadəcə idarə olunan bombalarla Novoberislav, Berislav icmasına zərbələr endiriblər. Düşmən qırıcıları Kizomis, Belozerski icmasına da üç bomba atıblar”, - Prokudin yazıb.
Xerson vilayətində hava hücumu xəbərdarlığı saat 20:30 radələrində elan edilib və bir saatdan çox davam edib.
Qeyd edək ki, martın sonundan başlayaraq, ruslar taktiki aviasiya fəallığını artırıblar. Bunu yazan Ukrayna saytları, son zamanlar rusların idarə olunan aviasiya bombalarından istifadə etməyə başladıqlarını da bildirib.
Rusiya aviasiyasının fəaliyyətinə birbaşa təsir bu bombaların atılmasının qarşısını ala bilər.
Onu da qeyd edək ki, bunu ukraynalı hərbçi Yuri İqnat bildirib.
Yeri gəlmişkən, bu yaxınlarda Ukrayna Hərbi Hava Qüvvələri rusların yeni tip-1,5 tonluq hava bombaları hazırladıqları barədə xəbərdarlıq edib. Qeyd olunur ki, Ukrayna Hərbi Hava Qüvvələri hələ ki, onları vura bilmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB