Gürcüstandakı “Vahid Milli Hərəkat Partiyası”nın lideri Levan Xabeişvili Tbilisinin Rustaveli prospektində keşirilən mitinqdə etirazçılara hökumətə təqdim ediləcək 4 tələblə tanış edib.
SİA-nın gürcü saytlarından əldə etdiyi məlumata görə, tələblər bunlardır.
- birinci tələb Lazarın azadlığı, Qeyd edək ki, Gürcüstan hökumətinin kansler departamentinin yaxınlığında martın 7-də baş verən aksiyalarla bağlı saxlanılan 21 yaşlı Lazare Qriqoriadisi polis əməkdaşlarına qarşı daş və “Molotov kokteyli” atmaqda şübhəli bilinərək həbs edilib.
-ikincisi sanksiya tətbiq edilən hakimlərin dərhal istefası, - üçüncüsü Mixail Saakaşvili və Nika Qvaramiyanın azadlığı, -dördüncüsü deoliqarxizasiya, məhkəmə islahatları və məhkəmə islahatları haqqında qanundur
Qeyd edək ki, Levan Xabeişvili siyasi partiya və siyasi liderləri bu tələbləri müzakirə etməyə dəvət edib. “İnterpressNews” xəbər verir ki, bundan əlavə, Xabeişvili parlamentin qarşısına toplaşan ictimaiyyəti birləşməyə, əl-ələ verib qələbəyə qədər mübarizə aparmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB