Qərb Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək planlarından əndişələnir, amma ABŞ-ın Avropadakı oxşar anbarlarını xatırlamaq istəmir.
SİA-nın əldə etdiyi məlumata görə, bunları deməklə, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb liderlərinin reaksiyasını şərh edib.
Qeyd edək ki, Kremlin sözçüsü bu barədə bazar günü, aprelin 9-da Moskvada “Rossiya-1” telekanalının efirində bildirib.
Dmitri Peskovun sözlərinə görə, bu gün Avropada, nədənsə, hamı, sadəcə olaraq, Amerikanın nüvə silahlarını unudub.
Kollektiv Qərb Amerikanın nüvə silahları mövzusunu nədənsə xatırlamağa meyilli deyil-deyən Peskov onlara həmən nüvə silahlarının burada, Rusiyanın ətrafında yerləşdiyini “göstərib”.
Və lakin onlar bizim Belarus ərazisində taktiki nüvə silahları üçün anbarlar tikmək planlarımıza belə isterik reaksiyaya meyllidirlər.
Moskvada keçirilən görüşdə Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenkonun nüvə silahı mövzusunu müzakirə etdikləri əsas mövzulardan biri olduğunu deyən Peskov, prezident Putinin verdiyi açıqlamalara kollektiv Qərbin çox təmkinsiz reaksiya nümayiş etdirdiklərini də diqqətə çatdırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB