...Artemivsk (Baxmut) müdafiəsini gücləndirmək üçün əks-hücum üçün hazırlanmış Ukrayna Silahlı Qüvvələrinin elit bölmələrinin ilk hissələri artıq bu bölgələrə göndərilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə bazar günü, aprelin 9-da, “The New York Times” yazıb.
Nəşr əməkdaşları, əllərində ABŞ-ın məxfi sənədlərinin olduğunu və bu sənəd əsasında Ukrayna Silahlı Qüvvələri komandanlığının xüsusi təlim keçmiş elit hissələrini Artemivsk (Baxmut) bölgəsinə göndərmək niyyətində olduqlarını iddia edirlər.
Qeyd edilir ki, əvvəlcə Ukrayna ordusunun bu bölmələrinin planlaşdırılmış əks-hücum zamanı əsas qüvvə kimi istifadə edilməsi planlaşdırılırdı.
Fevralın sonu-martın əvvəllərinə aid dərc edilmiş məxfi sənədlərdə komandanlığın planları kimi bu bölmələrin Artemovska (Baxmut) göndərilməsindən də bəhs edilib.
Budur, bu planlar artıq reallığa çevrilib.
Belə görünür ki, ABŞ nümayəndələri Kiyevin Rusiya ilə hərbi münaqişədə bütün hərəkətlərinə ətraflı nəzarət edəcəklər.
Yeri gəlmişkən bunu mən demirəm, bunu da “The New York Times” əməkdaşları yazıblar.
Onu da qeyd edək ki, qarşı tərəfin, rusları deyirəm, bunu necə qarşıladığı barədə hələ ki, heç bir məlumat verilməyib.
Amma müqayisə nə dərəcədə uyğundur deyə bilməsəm də, bu mənə İkindi Dünya müharibəsində almanların yaratdıqları xüsusi təyinatlı “Waffen-SS” ikinci Alman ordusunu xatırladır
Belə ki, həmən dövr şahidlərinin dediklərinə görə, ruslar eşidəndə ki, sabah onlarla “Waffen-SS”-çilər döyüşəçək, onlar artıq sağ qalacaqlarına olan bütün ümidlərini elə döyüşə girməmişdən əvvəl itirirdilər.
Yeri gəlmişkən, ehtiyatların bu yerdəyişməsi nəticəsində Ukrayna Silahlı Qüvvələri tədarükü təmin etməklə yanaşı, yola nəzarəti də bərpa edə biliblər.
Deyim ki, bunu da “The New York Times” yazıb, amma onu da deyim ki, rus saytları da cavabsız qalmayıblar və, “...lakin bu, Kiyev üçün çox baha başa gəlib”-yazıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB