Türkiyənin Mardin şəhərində separatçı terror təşkilatı PKK-dan iki terrorçu zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, ölkənin daxili işlər naziri Süleyman Soylu əməliyyatla bağlı sosial media hesabında paylaşım edərək yazıb: “2016-cı ildə polis məmurları Əhməd Dəmir, Ramazan Akyürek və Mətin Malkavı şəhid edən 2 terrorçu Mardinin Öməryan bölgəsində təhlükəsizlik kəşfiyyat bölmələrinin xüsusi əməliyyatı ilə zərərsizləşdirilib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB