Rusiya Zaporojyeni atəşə tutdu - FOTOLAR

Rusiya Zaporojyeni atəşə tutdu - FOTOLAR

Rusiya qüvvələri Ukraynanın Zaporojye vilayətini atəşə tutub. SİA "UNİAN"a istinadən xəbər verir ki, nəticədə 1 uşaq həyatını itirib.

Şəhər Şurasının katibi Anatoli Kurtevin sözlərinə görə, atışma nəticəsində 2012-ci il təvəllüdlü azyaşlı oğlan həlak olub. Həkimlər onun həyatını xilas etməyə çalışsalar da, o, təcili yardım maşınında dünyasını dəyişib.

1 nəfərə yerindəcə tibbi yardım göstərilib, digər qadın isə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə