Xarkov vilayəti yenidən atəşə tutub - ölənlər və yaralananlar var

Xarkov vilayəti yenidən atəşə tutub - ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Kupyansk rayonunun yaşayış məntəqələrini atəşə tutublar. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov teleqramda bildirib.

“Düşmən Kupyansk rayonunun mülki əhalisinə yenidən zərbə endirir. Ölənlər və yaralananlar var”, - O. Sinequbov qeyd edib. Dvoriçna şəhər tipli qəsəbəsinin atəşə tutulması sonucunda 65 və 34 yaşlı 2 kişi ölüb. “Bundan başqa, Podolı kəndində 65 yaşlı qadın yaralanıb”, - o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə