Ukraynanın hərbçi itkisi nə qədərdir?

Ukraynanın hərbçi itkisi nə qədərdir?

ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Ukrayna Silahlı Qüvvələrinin ölən və itkin düşən əsgərlərinin təxmini sayını açıqlayıb.

Beləliklə, amerikalı Skott Ritterin sözlərinə görə, Ukrayna xüsusi hərbi əməliyyat zamanı 300 mindən çox əsgər itirib. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, mütəxəssis bu barədə “U.S.Youtube” kanalına verdiyi müsahibəsində danışıb.

Ritter, Kiyev hakimiyyətinin öz itkilərini bilərəkdən aşağı salmağa çalışdığını xüsusi olaraq qeyd edib. Keçmiş kəşfiyyatçısı, itkilərin rəsmi elan edilən rəqəmlərdən xeyli yüksək olduğuna əminlik bildirir.

Amerikalıya görə, hazırda dəqiq hesablamaq olduqca çətindir...

...Zalujnı Pentaqonun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millli ilə söhbətində guya 250 min Ukrayna əsgərinin öldürüldüyünü bildirib. Təxminən 83 000 nəfər itkin düşüb, onlardan 60 000-ə yaxınının öldüyü ehtimal edilir. Bu, təqribən 315 min ölü sayı verir...

Bunu müsahibəsində Skott Ritter deyir.

Maraqlıdır ki, o, bu rəqəmin onun şəxsən hesabladığı məlumatlara uyğun uyğun olduğunu iddia edir.

Xatırladaq ki, SİA-nın da daha əvvəl qeyd etdiyi kimi, Ritter Qərb yaraqlılarını çox gec olmadan Ukraynanı tərk etməyə çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə