Deyəsən, “Vaqner” (Özəl Hərbi Şirkəti) özünü doğrultmadı deyə, indi onun yerinə yerli məhbusları Rusiya Federasiyasının Müdafiə Nazirliyi “işə götürməli” olacaq. Amma Priqojindən fərqli olaraq, məhbuslara əvvəlki kimi 6 aylıq deyil, 1,5 illik müqavilə təklif ediləcək.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu “Oturmuş Rus” fondunun rəhbəri Olqa Romanova da təsdiqləyib. Beləliklə, onun dediyinə görə, indi məhbusları “işə götürən”...artıq Rusiya Federasiyasının Müdafiə Nazirliyidir.
“Onlar məhbuslarla əvvəlki kimi 6 aylıq deyil, 18 aylıq müqavilə bağlamağa başlayıblar. Yəni gələn il də mübarizə aparacaqlarını gözləyirlər”, - hüquq müdafiəçisi, Romanova deyib bunu.
Onun sözlərinə görə, Sverdlovsk və Yaroslavl vilayətlərindəki koloniyalardan olan mənbələr ona müqavilələrin müddəti üçün yeni şərtlər barədə məlumat veriblər.
Qeyd edək ki, ötən ilin yayından başlayaraq rusiyalı oliqarx Yevgeni Priqojin Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya həbsxanalarında “könüllü” döyüşçü ovuna çıxmışdı.
“Oturmuş Rus” fondunun məlumatına görə, ümumilikdə 50 minə yaxın məhbus “könüllü” kimi döyüşlərə qatılsa da sonradan onların böyük əksəriyyəti ölüb, yaralanıb və ya sadəcə olaraq, qaçıb aradan çıxıblar.
Bu ilin fevralından başlayaraq, Kreml artıq Priqojinə yeni məhbuslar verməkdən imtina edib. Təbii ki, bununla barışmaq istəməyən “Vaqner” (Özəl Hərbi Şirkəti) Rusiya media məkanında özünü reklam etməyə, pulsuz ruslara muzdlu əsgər kimi qeydiyyatdan keçməyi təklif etməyə başladı.
Qeyd edək ki, Priqojin 5000 keçmiş məhbusun bağladıqları altı aylıq müqavilələrinin mart ayında bitdiyi üçün evlərinə getmək hüququna malik olduqlarını etiraf etmişdi.
Maraqlıdır, görən, onların arasında evlərinə...sağ-salamat dönən oldumu?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB