İsrail hökumətinin keçmiş rəhbəri Yair Lapid hazırkı baş nazirin hərəkətlərini tənqid edib. O bildirib ki, hazırda İsrail “yaralı, alovlu, çaşqın bir ölkədir”.
Bununla belə, vəziyyətdən çıxış yolu var.
SİA-nın əldə etdiyi məlumata görə, İsrailin keçmiş baş naziri, “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid Benyamin Netanyahu hökumətinin 100 gününə həsr olunmuş nəşrdə ölkənin tarixinin ən böyük milli böhranını yaşadığına əminliyini ifadə edib.
Hökumətinin nailiyyətlərindən danışan Lapid, İsrailin indi “yaralı, qızışmış, çaşqın bir ölkə” olduğunu bildirib.
“Biz heç vaxt dəyərlərin belə sürətlə məhv olmasını görməmişdik. Hücum hücumdan sonra gəlir. İqtisadiyyat çökür, inflyasiya sürətlə yüksəlir, texnoloji şirkətlər İsraili tərk edir və yaşayış xərcləri daim yüksəlir... lakin bunların heç biri hökuməti maraqlandırmır”.
Bunu da müxalifətçı keçmiş rəhbər deyib.
Lapidin sözlərinə görə, Netanyahu siyasi müstəqilliyini itirib və indi onun nazirləri Levin, Smotriç və Ben-Qvir baş nazirin adından danışırlar. Qeyd edək ki, adları çəkilənlər ədliyyə, maliyyə və milli təhlükəsizlik nazirləridirlər.
Lapid daha sonra qeyd edib ki, Netanyahu koalisiyasının uğursuz siyasəti təkcə məhvə deyil, həm də müsbət aspektlərə gətirib çıxarıb. Xüsusilə, çətinliklər ölkəni birləşdirdi və liberal siyasi düşərgənin yaranmasına kömək edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB