Nigeriyanın mərkəzində köçkünlər üçün düşərgədə ən azı 36 nəfər həlak olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti Benue əyalətinin Quma rayonunun sədri Maykl Ubuya istinadən məlumat yayıb.
Bildirilir ki, aprelin 7-də Mqbane kəndində bir qrup silahlı köçkünlər üçün yataqxana kimi istifadə edilən məktəb binasına soxulub. Hücum edənlər insanlara atəş açıblar. Nəticədə azı 36 nəfər ölüb, yaralananlar var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB