Sankt-Peterburqun mərkəzində 10 gecə barı bağlanıb

Sankt-Peterburqun mərkəzində 10 gecə barı bağlanıb

Sankt-Peterburqun mərkəzindəki Lomonosov küçəsində fəaliyyət göstərən on üç bardan 10-u bağlanıb və möhürlənib. Səbə isə sadədir, yetkinlik yaşına çatmayanlara alkoqol satışı və...

SİA bu barədə TASS-a istinad edir.

Saytın yazdığına görə, bundan başqa, reyd çərçivəsində polis əməkdaşları tərəfindən sərxoş vəziyyətdə olan 16 yaşlı yeniyetmə aşkar edilib, spirtli içki qəbul etməsi faktı ekspress-testlə təsdiqlənib. Azyaşlı qanuni nümayəndələrinə təhvil verilib və faktla bağlı inzibati icraat başlanıb.

İstintaq Komitəsinin əvvəllər verdiyi məlumata görə, axtarışlar mart ayında müəssisələrdə spirtli içkilərin azyaşlı ziyarətçilərə satılması ilə bağlı başlanmış cinayət işi ilə bağlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə