Rusiyaya aparılan 31 uşaq Ukraynaya qaytarılıb

Rusiyaya aparılan 31 uşaq Ukraynaya qaytarılıb

Şənbə günü 31 uşaq Xerson və Xarkov vilayətlərindən Ukraynaya qaytarılıb, Rusiyanın genişmiqyaslı işğalı başlayandan sonra onlar Rusiyaya və ya Rusiyanın nəzarətində olan Ukrayna ərazilərinə aparılmışdı.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukraynanı xilas etmək Fondu və onun direktoru Nikolay Kuleba verib.

Onun dediyinə görə, “bir neçə aylıq ayrılıqdan sonra onlar ailələrinə qovuşacaqlar”.

Qeyd edək ki, uşaqlar ailələrinin müşayiəti ilə qayıdıblar. Kulebanın sözlərinə görə, fondun təşkil etdiyi hər belə missiya ilə Federal Təhlükəsizlik Xidmətində uşaqlar üçün gələn qohumlara məruz qalan dindirmələrin müddəti artır.

Kulebanın sözlərinə görə, ölkəyə 33 uşaq qaytarılmalı idi, lakin iki uşağın nənəsi səfər zamanı dünyasını dəyişib. İndi fond onun cəsədini və götürməli olduğu uşaqlarını Ukraynaya qaytarmaq üçün fürsət axtaracaq.

Yeri gəlmişkən, bundan əvvəl Ukraynaya qaytarılan uşaqların bəziləri sonradan Rusiyada olarkən tərbiyəçiləri tərəfindən məruz qaldıqları döyülmə və zorakılıqlardan danışıblar.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olan minlərlə ukraynalı uşaq da işğal olunmuş ərazilərdən Rusiyaya aparılıb. Ukrayna hakimiyyəti uşaqların ölkə sərhədindən keçməsini məcburi deportasiya adlandırır. Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru bu qiymətləndirmə ilə razılaşıb, məhkəmə ukraynalı uşaqların çıxarılması ilə bağlı Rusiya prezidenti Vladimir Putin və uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsinə order verib. Rusiya hakimiyyəti iddia edir ki, uşaqları apararaq onları atəşdən xilas edirlər. Eyni zamanda, Rusiyada belə uşaqların övladlığa götürülməsi halları açıqlanıb ki, bu da birbaşa beynəlxalq konvensiyalara ziddir.

Ümumilikdə, Ukrayna hakimiyyətinin məlumatına görə, müharibə zamanı 16 mindən çox uşaq ölkə ərazisindən qanunsuz olaraq Rusiya ərazisinə və ilhaq edilmiş Krıma aparılıb. Bu uşaqlardan indiyədək cəmi 350-yə yaxın uşaq vətənə qaytarılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə