Suriyada mina partlayışı nəticəsində altı nəfər həlak olub

Suriyada mina partlayışı nəticəsində altı nəfər həlak olub

Suriyanın qərbində yerləşən Homs əyalətində İŞİD silahlılarının yol kənarında yerləşdirdiyi minanın partlaması nəticəsində altı dinc sakin həlak olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, içərisində dombalan (yeraltı göbələk-red.) yığmağa gedən şəxslərin olduğu avtomobil Es-Suhna oazisi yaxınlığında minaya düşüb.

Suriyalılar üçün ənənəvi dombalan göbələyi yığımı son zamanlar təhlükəli peşəyə çevrilib. Torpağın altında bitən bu göbələklərə İŞİD üzvlərinin sığındığı quraqlıq səhralarda rast gəlinir. Silahlılar gizləndikləri yerlərin ətrafını minalayır və pusqu quraraq patrullara hücum edir.

Fevralın 18-də bir qrup silahlı Es-Suhna oazisində Əsəd rejiminin yeddi hərbçisini və göbələk yığmaqla məşğul olan 46 kənd sakinini qətlə yetirib.

Bütün xəbərlər Facebook səhifəmizdə