Çin ''Airbus''dan 160 sərnişin təyyarəsi alacaq

Çin ''Airbus''dan 160 sərnişin təyyarəsi alacaq

“Airbus” şirkəti Çin şirkətlərindən “A320” sinifindən 150 və “A350” sinfindən 10 təyyarə üçün sifariş alıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Airbus” şirkətindən verilən məlumatda bildirilib.

Məlumata görə, Pekin administrasiyası Çin şirkətlərinin ''Airbus''dan 160 sərnişin təyyarəsi almasına da razılıq verib.

Qeyd edək ki, Çinin üç böyük dövlət aviaşirkətləri ''AirChina'', ''China Southern'' və ''China Eastern'' keçən il ''Airbus''dan cəmi 292 təyyarə alacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə