Çavuşoğlu bir sıra ölkənin XİN rəhbəri ilə telefon əlaqəsi saxlayıb

Çavuşoğlu bir sıra ölkənin XİN rəhbəri ilə telefon əlaqəsi saxlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qazaxıstanlı həmkarı Murad Nurtileu, seneqallı həmkarı Aissata Tall Sall və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə ayrı-ayrılıqda telefon əlaqəsi saxlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Mövlud Çavuşoğlu Qazaxıstanın xarici işlər naziri və baş nazirin müavini vəzifələrinə təyin olunan Murat Nurtileunu yeni vəzifəsi münasibətilə təbrik edib.

Mövlud Çavuşoğlu fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra nümayiş etdirdiyi həmrəyliyə görə Qazaxıstana təşəkkür edib.
Mövlud Çavuşoğlu seneqallı və qazaxıstanlı həmkarları ilə ikitərəfli əlaqələri də müzakirə edib.

Nazir Mövlud Çavuşoğlunun Qətərin baş naziri və xarici işlər naziri Əl Sani ilə görüşündə Fələstin və Əfqanıstan məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə