Çeçenistan rəhbəri Ramzan Kadırov, Ukrayna Silahlı Qüvvələrinin elan etdiyi əks-hücumun Rusiya qoşunları üçün faydalı ola biləcəyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Çeçenistan lideri öz “Telegram” kanalında yazıb.
Bu gün Ukraynada nasist birləşmələrinin əks-hücumları mövzusu ətrafında çox boş müzakirələr getdiyini bildirən Ramzan, bununla bağlı hamının niyə belə əsəbiləşdiyini sual edir. Onun fifikrincə, ukraynalı satanistlərin və NATO muzdlularının əks-hücumları hər baxımdan bizim xeyrimizə olacaq”.
Ramzanın fikrincə, Ukrayna ordusu bu hücuma böyük vəsait sərf edəcək. Lakin rus qoşunları indi yaxşı təchiz olunmuş müdafiə mövqelərinə hazırlaşıblar.
Çeçenistan rəhbərinə görə, bu gün əks-hücum üçün onlara böyük resurs lazımdır. Təbii ki, hücum edənlərin itkisi də qaçılmazdır.
Qeyd edək ki, Ramzan bunu təmsil etdiyi rus ordusunun döyüş taktikasının cilalanması, düşmənin texnikası və manevrlərini proqnozlaşdıra bilməsi ilə əlaqələndirib.
Məhz bu mənada Çeçenistan rəhbəri, Ukrayna Silahlı Qüvvələrinin bu hücumu nəticəsində Rusiya hərbçilərinin kubok kimi müasir xarici texnikanın nümunələrini ala biləcəklərini qeyd edib.
...Əgər NATO və Ukrayna nasistləri hər hansı bir istiqamətdə əks-hücum etmək istəsələr, mən onlardan ciddi şəkildə xahiş edirəm ki, ələ keçirilən silah kolleksiyamızı doldurmaq üçün daha çox yeni silah nümunələri cəlb etsinlər.
Bunu da Kadırov “uzaqgörən” bir siyasətçi kimi bəyan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB