Çində 12 gündür dövrə vuran qoyun sürüsünün görüntüləri dünya rekordu qırarkən, müəmmalı hadisənin səbəbi ilə bağlı fərqli fikirlər də müzakirələrə səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qoyunların bu sirli hərəkəti ilə bağlı diqqətçəkən fikir irəli sürülüb.
Yalnız soyadı açıqlanan fermer Miao bildirib ki, əvvəlcə bir neçə qoyun qayıtmağa başlayıb, sonra isə bütün sürü bu hərəkətə cəlb olunub. Hər kəsi, xüsusən də çobanları şoka salan bu qəribə vəziyyətlə bağlı çoxlu fikirlər irəli sürülüb. Vəziyyətin bakterial xəstəlikdən qaynaqlandığı iddia edilsə də, heyvanların tamamilə sağlam olduğunun açıqlanması vəziyyətin sirrini daha da artırıb.
Qoyunların niyə 12 gündür dövrə vurması ilə bağlı müzakirələr böyüdükcə yeni bir nəzəriyyə diqqət çəkib. İngiltərədəki Hartpuri Universitetinin Kənd Təsərrüfatı Fakültəsindən professor Mett Bell qoyunların bu davranışı ilə bağlı elmi fikir irəli sürüb. "Newsweek"ə danışan Bell, "Görünür, qoyunlar uzun müddət güzgü bölgəsində olduqları üçün əsəbidirlər və eyni hərəkəti dəfələrlə təkrarlayırlar" dedi.
Bell bəzi heyvanların daim dar bir sahədə sıxışdıqları üçün hirsləndikləri üçün bunu etdiyini və sürüdəki digər qoyunların da onların arxasınca getdiklərini ifadə edib.
Bir çox mütəxəssis qoyunların özlərini yırtıcılardan qorumaq üçün tez-tez birlikdə hərəkət etdiklərini və sürü psixologiyası kimi tanınan bu fenomenin Çindəki qəribə hadisəni qismən izah edə biləcəyinə diqqət çəkib. Digər tərəfdən, hadisəni xəbər verən Çin mətbuatına qoyunların son vəziyyəti və yeriyib-düşməmələri ilə bağlı yeni məlumat daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB