Ömründə ilk dəfə işə başladı və oğurluq etdi

Ömründə ilk dəfə işə başladı və oğurluq etdi

İtaliyada ilk dəfə biznesə başlayan 50 yaşında şəxs ailəsinin köməkliyi ilə ilk iş günündə həmkarlarının pulunu və əşyalarını oğurlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, kənd təsərrüfatı maşınlarının ehtiyat hissələrinin satışı ilə məşğul olan şirkətdə anbar işçisi kimi işə başlayan şəxs növbəsi bitməmiş ilk iş günündə bütün həmkarlarının pulqabılarını, kredit kartlarını və şəxsi əşyalarını oğurlayaraq alış-verişə çıxıb.

Hadisənin başa düşülməsindən sonra işə qayıdan 50 yaşlı kişi işindən qovulub, vəkili Roberto Kapobianko isə həmin şəxsin psixoloji problemləri olduğunu bildirib. Həmin şəxsə oğurluq ittihamı ilə 7 ilə qədər həbs cəzası istənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə