Təl-Əvivdə terrora məruz qalanların hamısı turistlərdir

Təl-Əvivdə terrora məruz qalanların hamısı turistlərdir

İsrailin paytaxtı Təl-Əvivdə törədilən terror aktı nəticəsində 6 nəfər yaralanıb, 1 nəfər ölüb. Onların hamısı xarici turistlərdir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, xəsarət alan turistlər tibb müəssisələrinə aparılıb.

İtaliyadan gələn qonaq hücumun qurbanı olub. Üç turistin vəziyyəti orta ağırdır. Digər iki nəfər isə yüngül xəsarət alıb.

Xatırladaq ki, terrorçu əvvəlcə avtomobillə bir neçə piyadanı vurub, sonra avtomobilindən düşüb və bir neçə nəfəri güllələməyə cəhd edib. Bundan sonra polis onu zərərsizləşdirib

Bütün xəbərlər Facebook səhifəmizdə