Ukraynaya başqa prezident lazımdır...

Çünki Zelenski ölkədəki korrupsiyanı məğlub edə bilmədi
Ukraynaya başqa prezident lazımdır...

...Ukraynanın hazırkı rəhbəri Vladimir Zelenski verdiyi sözü yerinə yetirmədi və Ukraynada korrupsiyanın kökünü kəsmədi, ona görə də ölkəni başqa şəxs idarə etməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu prezident aparatının rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

Amma qeyd edilməlidir ki, Arestoviç vəzifədə olanda belə danışmırdı.

Bu iki ölkə birləşib vahid dövlət olarsa, Polşa Ukraynanı korrupsioner məmurlardan xilas edə biləcəkmi sualına Aretoviç, burada məsələnin başqa cür olduğunu bildirib.

“Oğurluq etməyəcək bir adamın hakimiyyətə gəlməsi üçün Ukraynaya yalnız bir şey lazımdır. Özü oğru olmasın və başqalarına da oğurluq etməyə imkan verməsin. Təəssüf ki, bu günə qədər bəxtimiz gətirmədi”, - deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, Rusiyada xarici agent kimi fəaliyyət göstərən Latıninanın Ukraynanın hazırkı prezidenti Zelenskinin niyə belə bir adam ola bilməyəcəyinə aydınlıq gətirəndə Aretoviç xatırladıb ki, o, seçkiyə gedəndə ölkədə korrupsiyanın kökünün kəsilməsi seçkiqabağı vədlərindən biri olub.

Bununla belə, ölkədə başlayan Rusiya xüsusi hərbi əməliyyatının “fövqəladə tədbirlər” tətbiqi üçün əsaslı səbəb olmasına baxmayaraq, Zelenski korrupsiyanın öhdəsindən gələ bilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə