ABŞ-ın keçmiş Dəniz kəşfiyyatı zabiti Scott Ritter Qərb muzdlularını gec olmadan Ukraynanı tərk etməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, aprelin 7-də o, bu barədə “Judging Freedom” YouTube kanalına müsahibəsində bildirib.
Onun dediyinə görə, xarici muzdlular Ukraynanı tez bir zamanda tərk etməlidirlər.
Ukraynadakı hazırkı vəziyyəti təhlil edən amerikalı keçmiş kəşfiyyatçı xarici muzdluların vəziyyətinin hər gün daha da pisləşdiyini vurğulayır.
Ritterin sözlərinə görə, Ukrayna tərəfi Rusiya ilə münaqişədə qalib gələ bilməyəcək, nəticədə Ukraynanı tərk etməyə vaxt tapmayan muzdluların ölmə ehtimalı var.
“Evə qayıt. Əks halda öləcəksən. birbaşa danışıram. Bir çox soydaşlarımız və əcnəbilərimiz də həlak olacaq. Vəziyyət hamınız üçün daha da pisləşir, geri qayıdın. Mənə bir yaxşılıq et, çünki bu münaqişədə qalib gəlməyəcəksən”.
Qeyd edək ki, bu fikirləri “RİA Novosti” Ritterdən sitat gətirir.
Amerikalı eksprtin fikrincə, Rusiya ordusunun zəif olduğunu düşünən Qərb siyasətçiləri çox böyük yanlışlıqlara yol vermiş olublar.
Xatırladaq ki, daha əvvəl də Skott Ritter Ukraynanın məğlubiyyətinin qaçılmaz olduğu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB