Ötən gün, aprelin 6-da Bryansk vilayətində reyd keçirən rus hərbçiləri Ukraynalıların atəş zərbəsinə tuş gəliblər. Beləliklə, xeyli sayda rus hərbçilərinin öldürüldüyü bildirilir.
SİA xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən dərc edilmiş rus hərbçilərinin söhbətinin dinlənilməsi ilə bağlı audioyazı sübut edir.
Qeyd edək ki, rus mentalitetinə uyğun söyüşlərin çox olduğu audioda, görünür, Rusiya hərbçiləri kiməsə Bryansk vilayətinin Zapesoçye kəndində sərhədçilərin bazasının dağıdıldığını deyir.
“Ölənlərdən xəbərim yoxdur. Amma yaralıların sayı-hesabı yoxdur” - səs yazısında naməlum şəxs deyir.
Ukrayna Baş Kəşfiyyat İdarəsi iddia edir ki, bu hadisə zamanı işğalçı ordunun iki silahlısı məhv edilib, işğalçıların əhəmiyyətli hissəsi yaralanıb, bir zirehli transportyor sıradan çıxıb, işğalçıların digər texnikasına və əmlakına ziyan dəyib.
Kreml rəhbərliyinin bəyanatlarına baxmayaraq, rusların hazırkı rejimə etirazı tamamilə mümkündür. Bunun parlaq təsdiqi Bryansk vilayətində baş verən son hadisələrdir.
Baş Kəşfiyyat İdarəsi bildirib bunu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB