Serbiya Rusiya və Qərbə qarşı neytrallığını davam etdirməyə çalışır, lakin bunun uğur qazanacağına zəmanət verə bilməz.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
Vuçiçin sözlərinə görə, indiyədək Belqrad hərbi sahədə müstəqil və neytral olmağı bacarıb. Amma bununla belə, yolda çoxlu maneələr də var.
“Biz hələ də müstəqilliyimizi, hərbi neytrallığımızı qoruya bilərik. Serbiya nə NATO ölkələrinə, nə də digərlərinə - KTMT-yə və ya hər hansı digərinə qoşulmaq istəmir. Güclü olmağa davam etmək istəsək də, bu barədə sizə and içə bilmərəm və bu, qeyri-real, qeyri-ciddi və məsuliyyətsizlikdir” - deyə Serbiya Prezidenti milli radio və televiziyanın efirində bildirib.
Vuçiç xatırladıb ki, Avropa İttifaqı ilə münasibətlərdə Serbiya Kosovo problemini də nəzərə almalıdır. Və Serbiya üçün Avropa yolu bu gün mümkün olan yeganə yoldur.
...Gördüyünüz kimi, bu, bizim siyasətimiz olsa da, çalışırıq. Biz Avropa yolundayıq, Avropaya getmək istəyirik, şəraitin nə qədər çətin olduğunu bilirik.
Bunu da Aleksandar Vuçiç bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB